Saleh Məmmədovun Göygöldəki otel-malikanəsinin görüntüsü yayıldı - FOTO


Blogger Həbib Müntəzir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova aid olduğu iddia edilən otel-malikanə ilə bağlı məlumat paylaşıb.



AFN xəbər verir ki, otel-malikanə Gəncə-Hacıkənd yolunun üstündə, Göygöl rayonunun Aşıqlı kəndi yaxınlığında tikilib: "Yol 2 il öncə genişlənməyə başlayanda tikintisinə başlanmışdı. 3 hektardan çox olan ərazidə "Tərəqqi" ordeni almış Saleh Məmmədova məxsus otel, restoran, yanacaqdoldurma məntəqəsi və koteclər də fəaliyyət göstərir".

Blogger həmçinin bildirib ki, ölkədəki bütün SMS adlı yanacaqdoldurma məntəqələri Saleh Məmmədovundur: "SMS mənası isə yol oliqarxının ən kiçik oğlu Sübhan Məmmədov Saleh oğlunun ad, soyad və atasının adlarının baş hərfləridir. Keçən il dövlət zəmanəti ilə xaricdən borc alan ən iri şirkət AAYDA olub, 3 milyard 578 milyon 300 min dollar. Qaytara bilməyəndə də dövlət büdcəsindən, sizin cibinizdən ödəyəcəklər".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu