İsrailə məxsus PUA Qəzza zolağına düşüb


İsrailin Müdafiə Ordusuna məxsus pilotsuz uçan aparat Fələstinin Qəzza zolağına düşüb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, məlumatı ordunun mətbuat xidməti yayıb.

Bildirilib ki, son zamanlar bu Qəzzaya düşən ikinici PUA-dır. Bir neçə gün əvvəl kəşfiyyat PUA-sı bölgənin şimalında yerləşən Beyt-Xanunda aşkarlanıb. Həmin aparatın fələstinli döyüşçülərin əlinə keçdiyi bildirilib.

Fevralın 1-də isə Livanın “Hizbullah” qruplaşması İsrail ordusuna məxsus PUA-nı vurduqlarını bildirmişdi. İsrail PUA-nın vurulduğunu təsdiqləmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu