190 manat birdəfəlik maddi yardımla bağlı AÇIQLAMA


Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 100 min nəfər vətəndaşın məşğulluğu təmin edilib.



AFN Trend-ə istinadla xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyalarla iş şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, il ərzində 90 min ictimai iş yeri yaradılıb: "Onlardan 38 mini daimi, 50 mini isə iki aylıq müvəqqəti xarakter daşıdı".

Nazirlik rəs[left][/left]misi bildirib ki, pandemiya dövründə 600 min nəfər birdəfəlik maddi yardım alıb:

"Ötən il bu ödəmə 6 dəfə həyata keçirilib. Ümumilikdə bunun üçün 450 milyon manat vəsait xərcləndi".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu