Banksidən Londonun mərkəzində gecə yarı əməliyyatı: Bunu necə etdi?



Dünyaca məşhur sirli küçə sənətçisi Banksinin Londonun ən ciddi qorunan bölgələrindən birinə nəhəng heykəli necə yerləşdirdiyi məlum olub.

AFN.az xəbər verir ki, peşəkar komanda ilə həyata keçirilən gizli əməliyyat şəhərin mərkəzindəki təhlükəsizlik maneələrini aşaraq sənət dünyasını bir daha təəccübləndirməyi bacarıb. Londonun mərkəzindəki Vaterloo Pleys meydanına üzü bayraqla örtülmüş, kostyumlu bir lideri təmsil edən nəhəng heykəlin yerləşdirilməsi "bu qədər mühafizə olan yerdə buna necə nail olundu?" sualını doğurub.

Sənətçinin paylaşdığı görüntülər aylarla davam edən hazırlıqdan sonra tətbiqin cəmi bir neçə dəqiqə ərzində tamamlandığını göstərir. Gecə qaranlığında narıncı jiletli peşəkar komanda ilə əraziyə daxil olan Banksi nəhəng kranın köməyi ilə əsərini pyedestal üzərinə qoyub. Ekspertlər bu əməliyyatın arxasında "Metallica" konsertlərini 24 saat ərzində qura biləcek potensiala sahib, olduqca təcrübəli bir komandanın dayandığını bildirirlər.

Hökumət binaları və səfirliklərin tam ortasında ucaldılan heykəl ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Vestminster Şəhər Şurası hadisədən əvvəlcədən xəbərdar olmadıqlarını açıqlasa da, heykəlin şəhərin sənət mühitinə həyəcanverici bir töhfə olduğunu bildirərək əsəri mühafizə altına aldıqlarını və xalqın ziyarəti üçün açıq qalacağını bəyan edib. Tarixi şəxsiyyətlərin heykəlləri ilə əhatə olunmuş bir meydanda uçurumun kənarındakı lideri təsvir edən bu iş Banksinin müasir siyasi liderlik anlayışına qarşı kəskin tənqidi kimi yozulur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu