Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti fiziki şəxs Göyüşov Ramin Xəlil oğlu ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə "Ağdam Kamp Otel" kompleksində ofis binasının və yataq otaqlarının icarəyə götürülməsi nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 123 635,72 manatdır.
Məlumat üçün bildirək ki, Ramin Göyüşov iş adamı Xəlil Göyüşovun oğludur. Xəlil Göyüşov "Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri kimi tanınır. Ramin Göyüşov hazırda "Ağdam Kamp Otel”in rəhbəridir.


