Netanyahu: “Tehrana təyziqləri davam etdirmək lazımdır"
İranın nüvə razılaşmasına qayıtması halında Yaxın Şərqdə bir çox ölkələr nüvə silahına sahib olmaq istəyəcəklər.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Tehrana təyziqləri davam etdirmək lazımdır. Əgər biz nüvə razılaşmasına qayıtsaq, Yaxın Şərqdəki ölkələrin əksəriyyəti nüvə silahı əldə etməyə tələsəcəklər. Bu, kabus və axmaqlıqdır”, – deyə o bildirib.