YAŞAT Fondunun rəhbəri və komandası müəyyənləşdi - YENİLƏNİB
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (YAŞAT Fondu) komandasının üzvləri məlum olub.
Komandanın üzvləri aşağıdakılardır:
Elşad Haşımov Bahadır oğlu (Qarabağ qazisi); Nəbi Şükürov Balakişi oğlu (Qarabağ qazisi); Şahin Musavi Saleh oğlu (Şəhid Saleh Musayevin oğlu); Elvin Mirzəyev İlqar oğlu (Milli Qəhrəman İlqar Mirzəyevin oğlu); Əliağa Zeynalov Əsgərağa oğlu (Qarabağ qazisi); Suma Qubadbəyli Ağabala qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı); Könül Hüseynli İsmayıl qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı); Samida Abdalova Nadir qızı (Xüsusi Təyinatlı Qüvvələrin qazisinin həyat yoldaşı); Elşən Abdullayev Mehman oğlu (Şəhid Mehman Abdullayevin oğlu).
Qeyd edək ki, Qarabağ qazisi Elvin Hüseynov YAŞAT Fonduna rəhbər təyin edilib. Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib.
Beləliklə, YAŞAT Fondu komandasının üzvlərinin sayı 11 nəfər müəyyənləşib.
***
YAŞAT Fonduna rəhbər təyin olunub.
APA-nın məlumatına görə, Qarabağ qazisi Elvin Hüseynov Fonda rəhbər təyin edilib. Elvin Hüseynov faktı təsdiqləyib.
"ASAN məktub" layihəsinin rəhbəri Rəbiyyə Cəfərova isə Fondun müdir müavini təyin olunub.