"Sabah" legioneri ilə müqaviləni ləğv etdi


"Sabah" klubu futbolçusu Yevgeni Koçukla yollarını ayırıb.



Klubdan "Report"a verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Moldova millisinin üzvü paytaxt təmsilçisinin rəhbərliyinə ayrılmaq istədiyini bildirib.

Qeyd edək ki, Yevgeni Koçuk bu ilin yanvarında "Səbail"dən "Sabah"a keçib. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu