"Ərazilərimizə özümüz nəzarət etməliyik, yoxsa..." - Politoloq
"İşğaldan azad edilən əraziləri çıxmaq şərti ilə Dağlıq Qarabağ Azərbaycanın nəzarətində deyil".
Bunu politoloq Azər Qasımlı deyib. O bildirib ki, ərazi bizim nəzarətimizdə olmadığından bu hadisələr baş verir:
"Bu, hələ başlanğıcdır. Fikirləşirəm ki, irəlidə daha yeni mənfi sürprizlərlə qarşı-qarşıya gələ bilərik. Hazırda vəziyyət odur ki, ermənilər orada rusların havadarlıqıları ilə istədiklərini edirlər. Onların qarşısını heç kim almır. "Artsax" respublikasının bayrağı orda dalğalanır. Bu bayrağı orada heç kəs ləvğ etməyib. Onların "dövlət" strukturları hələ də orada fəaliyyətdədir".
Azər Qasımlı qeyd edib ki, bütün bu baş verənlərin hər biri aylar öncə proqnozlaşdırılırdı:
"Ərazilərimizə özümüz nəzarət etməliyik. Bu ərazilərə heç kim nəzarət etməməlidir. Nə amerikanlar, nə türklər, nə ruslar, nə də hansısa bir ölkənin silahlı qüvvələri. Azərbaycan Respublikası və onun ordusu nəzarət etməlidir. Bu olmadığı təqdirdə belə hadisələr olacaq. Bu 2+2=4 kimi bir şeydir”. (Qaynarinfo)