Güzəştə getmək olmaz - Elxan Şahinoğlu


Erməni separatçıları yataqlarımızda qanunsuz çalışmalara ara vermək məcburiyyətində qalıblar. Qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb. Təzyiq nəticə verib, ancaq bu hələ başlanğıcdır, güzəştə getmək olmaz


AFN.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ermənilər hiyləyə əl atıblar, ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət ediblər: "Bizim tələbimiz bu deyil, monitorinqi özümüz keçirməliyik, hətta monitorinqə şərait yaradılsa belə yolda hərbçilərimizin nəzarət postu olmalı, daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu