Dövlət Agentliyi yarım milyon manatlıq avtomobillər alacaq


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yeni avtomobillər alacaq.



Publik hüquqi şəxs olan agentliyin bu gün keçirdiyi satınalmada "Azərmaş Group” MMC qalib gəlib.

501 min 700 manat dəyərində olan tenderin şərtlərinə görə, "Azərmaş Group”dan 29 avtomobil alınacaq - 1 ədədi 17 min 300 manat. Avtomobillər sedan tipli, 4 qapılı, mühərrik gücü 1,6-2.0, avtomot sürət qutusu, sürücü və ön sərnişin üçün təhlükəsizlik yastıqları və s. malik olmalıdır. Avtomobillərdən 25 ağ rəngdə, 4-u isə qara rəngdə olmalıdır.

Qeyd edək ki, "Azərmaş Group” MMC 2019-cü ilin yanvar ayının 24-də dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rəhimov, ev 195, m. 8-də yerləşən MMC-nin qanuni təmsilçisi Adıgözəlov Rövşən Rəfail oğludur. Nizamnamə kapitalı 10 manat təşkil edən şirkət qısa müddətdə dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib olmağa başlayıb.(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu