Daha bir baş məşqçimiz koronavirusa yoluxdu

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyevdə koronavirus aşkarlanıb.
Bu barədə "Report"a klubun Mətbuat xidmətindən məlumat verilib.
39 yaşlı mütəxəssisin test nəticəsinin müsbət çıxdığı bildirilib. Hacıyevdə xəstəliyin simptomları müşahidə edilməsə də, o, 2 həftə ev şəraitində təcrid olunub.
Baş məşqçidən fərqli olaraq, futbolçuların hamısında analizin cavabı mənfi çıxıb.