Millimizin futbolçusu koronavirusa görə karantinə alındı
"Report"un məlumatına görə, klub test nəticələri müsbət çıxan oyunçuların adlarını açıqlamayıb. "Aleksandriya" əsas komandanın təcrid edildiyini bəyan edib.
Klubun məşqçiləri və işçiləri təcili testdən keçəcəklər.
Qeyd edək ki, Pavel Paşayev 2017-ci ildən "Aleksandriya"da çıxış edir.