Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı məhkəmə qərarı
Tovuz rayonunda ötən ilin noyabrın 19-da itkin düşən və bu ilin yanvarın 6-da yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun həbsdə qalma müddəti uzadılıb.
İstintaq onun hələ bir müddət də həbsdə qalması üçün məhkəməyə təqdimat verib.
Prokurorluğun təqdimatına Nəsimi rayon məhkəməsinin hakimi Solmaz Mustafayeva baxaraq təmin edib. İ.Süleymanov daha bir ay 13 gün həbsdə saxlanılacaq.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.