Vətən müharibəsində döyüşən və şəhid olan idmançılarımızın sayı açıqlandı


Vətən müharibəsində 478 idmançımız döyüşüb.



Qaynarinfo xəbər verir ki, bu barədə "İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyev "Facebook" səhifəsində yazıb.

478 idmançımızdan 54 nəfəri şəhid olub, 51-i yaralanıb, 2 idmançımız itkin düşüb. Bundan başqa, üç idman jurnalistimiz müharibədə iştirak edib və onlardan 1-i yaralanıb.

Şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza isə şəfa arzulayırıq!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu