Ərdoğan: "Müsbət addım atıldığı təqdirdə biz də Ermənistana bağlı sərhəd qapılarını açarıq"


“Bu mövzuda müsbət addım atıldığı təqdirdə, biz də bağlı qapıları açarıq. Yetər ki, bu müsbət addımlar atılmış olsun. Bizim "qapılarımızı Ermənistana bağlayaq" deyə bir dərdimiz yoxdur. Biz sülhün göyərçinləri olmaq istəyirik. Bizim Ermənistan xalqına qarşı kinimiz yoxdur. Bizim problemimiz Ermənistanın rəhbərliyi ilədir”.



“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Mənim ölkəmdə 100 min erməni vətəndaşım var. Bunların içində vətəndaşlıq haqqını əldə edən var, əldə etməyən də var. Ancaq onları da ölkəmizdə qonaq edirik. Niyə? Bizim insanlara kinimiz yoxdur”, - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu