Ərdoğan: İsveç NATO-ya üzv olmaq üçün PKK ilə bağlı addım atmayıb


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç respublikada qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyəti ilə bağlı Ankaranın ölkənin NATO-ya daxil olmasına razılıq verməsi üçün lazım olan addımları atmayıb.


“Onlar bizə İsveçdən Türkiyəyə silah ixracına yol açdıqlarını söylədilər. Düzdür, bu məsələlərlə bağlı addımlar atıblar. Amma təəssüf ki, terror təşkilatı PKK-nın İsveçdəki fəaliyyətinə qarşı hələ də heç bir tədbir görülməyib. Heç bir addım atılmayıb. Bizim məsuliyyətimiz bu məsələni parlamentə çıxarmaq idi və biz bunu etdik”, – deyə Ərdoğan Qazaxıstandan qayıdarkən təyyarədə türkiyəli jurnalistlərə bildirib.

Prezident NATO-nun baş katibi Yens Stoltenberqlə bu mövzuda müzakirələrindən danışıb. “O, bu işi də diqqətlə izləyir. Deyir ki, mənim bu işin parlamentə göndərilməsi istiqamətində atdığım addımı müsbət hesab edir. Mən ona mesaj göndərdim və dedim ki, bundan sonra bu, parlamentin işidir. Amerikanın Nümayəndələr Palatası və Senatı varsa, bizim də parlamentimiz var. Görək parlamentimiz bunu necə şərh edəcək, necə müzakirə edəcək. İndi bildiyiniz kimi, büdcə dövrü gəlib çatıb. Parlament büdcəyə intensiv şəkildə cəlb olunacaq”, – Ərdoğan izah edib.

Türkiyə prezidenti İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu imzalayaraq oktyabrın 23-də parlamentə təqdim edib. Türkiyə hakimiyyəti daha əvvəl krallığın müraciətinə parlamentin oktyabrda keçiriləcək payız sessiyasının başlaması ilə baxılmasının mümkünlüyünü bəyan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu