Ərdoğan Ermənistan hakimiyyətinə çağırış edib


Ermənistanla son olaraq Praqada danışıqlar apardıq.



AFN haber global-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Ermənistana açıq şəkildə dedik ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə olacaq. Biz bunu Ermənistandan gözləyirik. Hazırda bu mərhələyə gəlib çatmamışıq. Erməni diasporu Fransa və ABŞ-da normallaşma prosesinin əleyhinə işləyirlər. Bu mənfi addımlar prosesə mənfi təsir göstərir. Belə neqativ cəhdləri müsbət istiqamətə çevirəcək Ermənistan rəhbərliyidir. Onlar buna nail olsalar, bizim baxışımız da müsbət mənada dəyişəcək”, - deyə Türk lider vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu