Bakıda COVID-19 xəstəsinə cinayət işi açılıb
Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə aktiv COVID-19 xəstəsi olan Bakı şəhər sakini, 34 yaşlı Mahmud Məmmədov müəyyən olunaraq saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.
Onun barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.