Ziromin (Azitromisin 500 mq) – istifadə qaydası və göstərişlər ZİROMİN istifadə edin


ZİROMİN

Azitromisin 500 mq

Göstərişləri:

Yuxarı tənəffüs yolları və LOR-üzvlərin infeksiyaları, (faringit, tonzillit, sinusit, orta otit)
Aşağı tənəffüs yolları infeksiyaları (kəskin bronxit, xroniki bronxitin kəskinləşməsi, pnevmoniya)
Dəri və yumşaq toxuma və birləşdirici toxuma infeksiyaları;
Kiçik çanaq orqanlarının infeksion-iltihabi xəstəlikləri;
Doğuşdan sonrakı endometrit və septiki ağırlaşmalar, laktasion mastit;
Zöhrəvi infeksiyalar;
Sidikçıxarıcı yolların infeksiyaları;

İstifadə qaydası və dozası:

Tablet: Gündə 1 dəfə 1 tablet yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilir.

İnfuziya forması:

Hazırlanmış məhlulu damcı formasında venadaxilinə (1-3 saat ərzində) yeritmək məsləhət görülür, 2 gün ərzində gündə bir dəfə 500 mq venadaxilinə yeridilmə başa çatdıqdan sonra preparatın peroral forması bir dəfə 500 mq olmaqla 7-10 günlük ümumi müalicə kursu bitənədək təyin etmək məsləhət görülür.

İnfuziya üçün məhlulun hazırlanması iki mərhələdə baş verir:

1-ci mərhələ: ilkin məhlulun hazırlanması (azitromisinin 100 mq/ml konsentrasiyası 500 mq/5 ml). Preparatın flakonuna inyeksiya üçün müvafiq maye miqdarının yeridilməsi ilə hazırlanır. Toz tam həll olunanadək flakon çalxalanır. İnfuziya üçün Ziromin ilkin məhlulu 25°C temperatura qədər 24 saat ərzində davamlıdır. Nəzərə çarpan çöküntü olduqda preparatdan istifadə etmək olmaz.

2-ci mərhələ: bilavasitə olaraq preparatın yeridilməsindən qabaq həyata keçirilir. İlkin məhlulu (100 mq/ml azitromisin) azitromisinin 1,0 və ya 2,0 mq/ml infuziya məhlulunda yekun konsentrasiyası alınana qədər məhlul olan flakona daxil edirlər (0,9% NaCl məhlulu, 5% dekstroza və ya Ringer məhlulu).

Ziromin suspenziya:

Gündə 1 dəfə yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra daxilə təyin olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu