Xankəndi hava limanına kim nəzarət edəcək? - "Ağlasığmaz nəticələri olacaq..."


"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın daha altı hava limanının, o cümlədən, Xankəndi aeroportunun beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsi təsdiqlənib.



Bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, bu, Xocalı aeroportudur.

"Çox düşündürücü və hələlik anlaşılmaz bir məlumatdır. Xankəndi hava limanı kimin nəzarətində olacaq? Burada viza məsələlərinə, giriş-çıxışa, gömrük rəsmiləşdirmələrinə kim nəzarət edəcək? Qarabağda separatçılıq yeni başlayanda, 1990-cı ilin əvvəllərində də bu hava limanına nəzarət üstündə xeyli mübarizə getmişdi.

Bir müddət bu aeroport rusların nəzarətində olmuşdu və ermənilər təyyarələrlə xeyli silah gətirə bilmişdilər. Bu səbəbdən də o zaman nəzarət bir müddət OMON-a verilmişdi. Bəs, indi necə olacaq? Xankəndi-İrəvan, Xankəndi-Moskva, Xankəndi-Paris və s. beynəlxlaq reyslər açılacaqmı?

Əgər hava limanına yalnız rusiyalı sülhməramlılar nəzarət edəcəksə, yalnız separatçıalrın istifadəsində beynəlxalq uçuşlar olacaqsa, düşünürəm ki, bu, ağlasığmaz nəticələrə gətirib çıxaracaq".//Sfera.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu