Tailandda fövqəladə vəziyyətin müddəti yenə uzadıldı

Tailand hökuməti koronavirus pandemiyasına görə tətbiq edilmiş fövqəladə vəziyyətin müddətini 2021-ci il yanvarın 15-dək uzadıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra hökumətin sözçüsü Anuça Burapaçaisri bildirib.
Fövqəladə vəziyyətin birdən-birə 45 günlük uzadılması qarşıdan gələn Yeni il bayramı günlərində də epidemioloji təhlükəsizlik qaydalarına nəzarət olunmasının vacibliyi ilə bağlıdır. Bütövlükdə fövqəladə vəziyyət səkkizinci dəfədir uzadılır.