Ermənilərə Ağdamın kəndlərini tərk etmək üçün vaxt verildi
Ağdam rayonunda ermənilərin işğal etdiyi altı kəndin sakinlərinə 18 noyabr saat 23:00-dək oranı etmək barədə əmr verilib.
Bunu Ermənistan KİV-i Mardakert rayonunun rəhbəri Ayk Baxşiyana istinadən bildirib.
Onun sözlərinə görə, bu gün Ovtaşen, Karmiravan, Norr Marağan, Nor Ayqestan, Nor Seysulan, Nor Akacur kəndlərinin evakuasiyası barədə sərəncam alıb. Qeyd edək ki, bütün bunlar Ağdam rayonunun erməni adları ilə adlandırılmış kəndləridir: Papravənd, Boyəhmədli, Qızıl Kəngərli, Şahbulaq, orta Güneypəyə, Malikli, Qalayçılar.
Xatırladaq ki, Ağdam rayonu noyabrın 20-dək azad edilməlidir.
Turan.az