Paşinyan İlham Əliyev qarşısında acizliyini etiraf etdi


“Hərbi əməliyyatların başlanğıcında atəşkəs ona görə imzalanmadı ki, bu, özündə Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun verilməsini əhatə edirdi”.



“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan videomüraciətində deyib.

“Biz bu addmı ata bilməzdik, çünki rəqibi atəşkəsdə maraqlı tərəf edə biləcəyimizə inanırdıq. Təəssüf ki, bu baş vermədi”, - Paşinyan söyləyib.

“Öz adıma və hamımız adına çətin, çox çətin qərar qəbul etdim. Rusiya və Azərbaycan prezidentləri ilə saat 01:00-da Qarabağ müharibəsinə son qoyulması ilə bağlı bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün sözlə ifadə edilməyəcək dərəcədə ağrılıdır”, - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu