MN: Düşmən alayının 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərindən qaçıb
Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.
Bu barədə AFN-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Alayın 3-cü taborunun şəxsi heyətin döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.
Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.