Rusiyada 3 qubernator koronavirusa yoluxub
Rusiya Federasiyanın Adıgey Respublikasının başçısı Murat Kumpilov koronavirusa yoluxub.
AFN TASS-a istinadən xəbər verir ki, bunu o, “Instagram” səhifəsində yazıb.
“Məsafədən idarəetmə rejimində işləməyə başlamışam. Buna səbəb koronavirusla bağlı testimin nəticəsinin müsbət çıxmasıdır. Özümü psi hiss etmirəm, xəstəliyin yüngül formasını keçirirəm”, - M.Kumpilov yazıb.
Qeyd edək ki, sentyabrın 19-da Saratov vilayətinin qubernatoru Valeri Radayev, sentyabrın 22-də isə Altay diyarının qubernatoru Viktor Tomenko koronavirusa yoluxub.