Müsavat Partiyasının qərargahı qarət olundu
Müsavat Partiyasının qərargahı qarət olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın başqanı Arif Hacılı məlumat verib. O bildirib ki, oğrular partiyanın binasına məxsus iki kondisioneri aparıb: "Bu gecə naməlum şəxslər partiyanın qərargahına girib. Dəmir barmaqlıqlar kəsilib. Pəncərələr sındırılıb. Hələlik 2 kondisionerin aparıldığı məlumdur”.
Arif Hacılı qeyd edib ki, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub: "Polisə müraciət olunub. İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır”.