BDU-nun dosenti vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Əliyeva Firuzə Kamil qızı vəfat edib.
"Report" xəbər verir ki, o, 63 yaşında dünyasını dəyişib.
F.Əliyeva 1974-1979-cu illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb, 2003-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.