Balaş Qasımovla Rövşən Məmmədovun fərqi




Onların ikisi də gəncdir. Balaş Qasımov Rövşən Məmmədovdan az əvvəl telekanala rəhbərlik etməyə başlayıb. R.Məmmədov az sonra AzTV-yə sədr təyin edilib.



Lakin mətbuatda B.Qasımovdan az yazılır, demək olar ki, narazılıq ifadə edilmir. Ona görə ki, B.Qasımov qısa müddət ərzində kollektivin hörmətini qazandı. İlk 1-2 ayda R. Məmmədov da hörmət qazandı. Onun qəbulu saatlarla çəkərdi, əməkdaşlar böyük ümidlə yanına tələsərmişlər. Yeni sədr söz vermişdi ki, problemlərini həll edəcək. İlk iclası hamının yadında idi. R.Məmmədov demişdi ki, AzTV-də peşəkar işçi qüvvəsi var və onların potensialından yararlanacaq.

Bütün bu vədlər onun sədr seçilməsi müddətinə qədər oldu. Verilişlər köhnəlik adı altına dayandırıldı, işçilər ixtisar edildi, qonorarlar ildırım sürəti ilə endi, ilk narazılıqlar başlandı. Niyə İctimai televiziyanın kollektivi B.Qasımovu çox istəyir. O, R.Məmmədov kimi artıq 4-cü iclasda orta yaşlı əməkdaşları aşağılayıb "20-30 il işləməyinizi mənim gözümə soxmayın" deməmişdi. B.Qasımov yaşlı nəslin nümayəndələrinə hörmətlə yanaşıb verilişlər hazırlamaları üçün tapşırıq verdi. Təhqir etmədi, xoş danışdırdı, bütün şərait yaratdı. Buna görə də sevilməkdədir. O, Rövşən Məmmədov kimi plagiat verilişlərə üstünlük vermədi.

"Dadaşlinski" layihəsi AzTV-nin yeni yaranan plagiat verilişlərini kölgədə qoydu. Çünki B.Qasımov işinin peşəkarıdır. B.Qasımov yaradıcı mühit yaradır, adi işıqçının da fikrini dəstəkləyir. 20 Yanvarla bağlı çəkilən video-çarxın ideyasını telekanalın sıravi əməkdaşı veribmiş. AzTV-də isə ideyanı sıravi əməkdaş verə bilməz. Versə də, baş prodüsser Nazilə Babayeva onu gözdən salar, öz ideyasını yeridər. B. Qasımovun rəhbər olduğu dövrdə heç vaxt efirə zəng edib verilişi yarımçıq saxlatdırmayıb. Ancaq R.Məmmədov N.Babayevanın "bu veriliş çıxarılmalıdır" sözü ilə efirdən çıxarır. Bir neçə dəfə belə hal baş verib. R.Məmmədovun adamları hər dəfə "hələ də zibilinizi təmizləyirik", "AzTV-nin köhnə kollektivinə burda yer yoxdur" sözləri ilə kollektivi incik salırlar. Əvvəlki işçilərə bir nifrət sezilir bu sözlərdən. Ancaq B.Qasımovun gətirdiyi əməkdaşlar belə demədilər. Elə buna görə də kollektivin sevimlisinə çevrildilər.

AzTV kollektivi isə narazıdır. Qonorarları kəsir, verilişləri bağlayır ki, büdcədə pul yoxdur. Lakin eşidəndə ki, rəhbər şəxslər Yeni Yasamaldan 4 otaqlı, Xətai rayonundan özlərinə evlər, son model bahalı avtomobillər alıblar, Qaraçuxurda villa tikirlər, əvvəlki işçiləri təhqir etməkdən doymayan N.Babayevaya 7 000 manatdan çox pul yazılır, onda inciyir və daha Rövşən Məmmədovu istəmirlər. R.Məmmədov kiçik detalı belə N.Babayevadan soruşur, onun razılığı olmadan qərar qəbul etmir. Amma B.Qasımov elə deyil. O, bütün kollektivlə məsləhətləşir. Buna görə də həm gənc nəslin, həm də yaşlı nəslin sevimlisidir.

Natiq SƏLİM



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu