Xaçmazda 26 yaşlı oğlan intihar edib
Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, hadisə rayonun Dədəli kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aslanov Aslan Muxtar oğlu özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.