Səkkiz SMS göndərdi, cavab gəlməsə də, evdən çıxdı, həbs edildi - VİDEO
Cəlilabadın Əliqasımlı kənd sakini Tural Mehdiyev karantin qaydalarını pozduğu üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
AFN baku.tv-yə istinadən xəbər verir ki, o, həmin gün aldığı icazənin müddəti bitdikdən sonra yenidən dəfələrlə 8103-ə SMS göndərib.
8 dəfə ardıcıl göndərdiyi SMS-ə cavab gəlməməsinə rəğmən, Tural Mehdiyev yaşadığı yeri tərk edib və buna görə saxlanılıb.
Onun barəsində toplanılmış materiallar rayon məhkəməsinə göndərilib və T.Mehdiyev 10 sutka inzibati qaydada həbs edilib.