Zakir Qaralovun qalmaqallı şirkəti bu dəfə Yeni Balaxanı sakinlərini çıxılmaz vəziyyətə saldı - FOTO




Yeni Balaxanı sakinlərinin avtomobil yolu yarasız hala salınıb. Əvvəlcə yolun asfaltı yük maşınları tərəfindən dağıdılıb. İndi isə yararsız yola tökülən torpaq və daş qırıntıları hərəkəti mümkünsüz edib.



Musavat.com-a müraciət edən qəsəbə sakinləri deyirlər ki, yolun dağılmasının günahı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin asfalt zavodudur. Hər gün asfalt zavoduna gedən onlarla yük maşını yolun asfalt örtüyünün dağılmasına səbəb olub.

Sakinlər deyirlər ki, Bakının əksər qəsəbələrini asfaltlayan şirkət Yeni Balaxanıda yolun asfaltını dağıdıb. Yağışlı günlərdə dağılan yol ümumiyyətlə, keçilməz olur.
Amma sakinlərin üzləşdiyi problemlər bununla da bitmir. Bu azmış kimi indi də çala-çuxur olan yola torpaq və daş qırıntıları töküblər. Yolun təmir ediləcəyi deyilsə də günlərdir yaranan vəziyyət sakinləri narazı salıb. Çünki avtomobil yolu bağlanıb.

Bu yoldan 105 saylı marşrut xətti də hərəkət edir. Qəsəbəyə gələn yeganə marşrut xəttində olan avtobuslar köhnədir və istismar müddətini başa vurub. Şirkət deyir ki, yol yararsız olduğu üçün yeni və böyük avtobusların xəttə salınması nəzərdə tutulmur.

Bir neçə ay əvvəl Kənd Balaxanı ərazisi asfaltlansa da bu qəsəbənin yolu- bir neçə yüz metrlik avtomobil yolu yarıda qalıb.

Qəsəbə sakinləri yaranmış vəziyyətlə bağlı dəfələrlə dövlət qurumlarına və bələdiyyəyə müraciət ediblər.

Bələdiyyədən bildirirlər ki, yolun asflatlanması nəzərə tutulub və yaxın günlərdə problem həll ediləcək.

Xatırladaq ki, Yəni Balaxanı qəsəbəsinin problemləri ilə bağlı bir neçə dəfə geniş yazılar dərc etmişik.

Sakinlər ərazi üzrə bələdiyyənin və icra nümayəndəliyinin işindən narazıdır. Yüzlərlə ailənin yaşadığı massiv illərdir problemlərin girdabında qalıb. Əsas məsələ də yolsuzluq və bundan qaynaqlanan problemlərdir.

Qeyd edək ki, “Akkord" şirkəti sabiq Baş prokuror Zakir Qaralova məxsusdur.

Onu da xatırladaq ki, şirkətin 980 min 418 manat vergi borcu var.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu