Azərbaycanda meşə ərazisində yanğın başladı
Ağsu rayonunda meşə ərazisində yanğın başlayıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın Ağsu dolayları və Ağsu çayının sol sahilində müşahidə olunur.
Hadisə yerinə Ağsu, Kürdəmir, Şamaxı və digər rayonlardan yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi və genişlənməsinin qarşısını almaq istiqamətində işlər davam etdirilir.