Şabranda baş verən yanğın Siyəzənə keçib


Siyəzən rayonunda meşə ərazilərində yanğın başlayıb.



AFN report-a istinadən xəbər verir ki, Şabran rayonunda dörd gündür davam edən yanğın Siyəzənə keçib.

Belə ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Künövşə və Ərməkolu kəndlərində yanğın davam edir. Yanğın nəticəsində kəndlərin örüş torpaqları və meşə fonduna ciddi zərər dəyib.

Hadisə yerinə FHN-in Xızı, Siyəzən və Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissələrindən üç avtomobil və canlı qüvvə cəlb edilib.

Alovun söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu