Bakının mərkəzində kişi benzin tökərək özünü yandırdı




Bakının mərkəzində bir kişi özünə benzin tökərək od vurub.

AFN xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə iyunun 1-də saat 16:00 radələrində Yasamal və Səbail rayonlarının sərhədində, Qədirli küçəsində yerləşən 3 nömrəli evin yaxınlığında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü paytaxt sakini Hüseyn Nuriyev intihara cəhd edib.

O, 5 saylı Kliniki Xəstəxananın Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

H.Nuriyevi intihara vadar edən səbəblər barədə hələlik məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu