Kommunal problemlərə görə özünü yandırdı

Goranboy sakini intihara cəhd edib.
AFN.az xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Sərdar Həsənov üzərinə benzin tökərək özünə od vurub.
S.Həsənovun intihara cəhd etməsinin kommunal problemlərinin həlli ilə bağlı olduğu bildirilib. O, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.