Azərbaycanlı həkim 100 yaşlı qocanın həyatını belə xilas etdi - VİDEO
Gürcüstan vətəndaşı, İkinci Dünya Müharibəsi veteranı 100 yaşlı Bayram Bayramov Bakıda həyətdə gəzərkən yıxılıb.
Sağ bud boynunu sındıran ağsaqqal tanınmış travmatoloq-ortoped Sənan Aşirova müraciət edib. Doktor Aşirov dərhal 100 yaşlı Bayram Bayramovu əməliyyata alaraq sağ tərəfli bud-çanaq endoprotezi qoyub. Sənan Aşirov bildirib ki, əməliyyatın səhərisi günü Bayram Bayramov yeriməyə başlayıb və uğurlu əməliyyat və müalicədən sonra evə buraxılıb.