ATV-nin iki əməkdaşı koronavirusa yoluxdu - YENİLƏNİB
"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) əməkdaşı koronavirusa yoluxub.
AFN "unikal.org"a istinadən xəbər verir ki, ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.
O, bu barədə məlumatı saytımıza təsdiqləyib.
Bununla belə, digər müxbir Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə alınıb.
***11:14
ATV telekanalının iki əməkdaşı koronavirusa yoluxub.
AFN "oxu.az"a istinadən xəbər verir ki, sözügedən televiziyada çalışan iki jurnalistdən COVID-19-a qarşı götürülən analizlərin nəticələri müsbət çıxıb.
Onlardan biri müalicə üçün Atletlər kəndinə, digəri isə pandemiya əleyhinə tibb müəssisələrindən birinə yerləşdirilib.