Bakı sakini xəstə qızı üçün imkanları şəxslərə müraciət etdi: “Nigarın həyatda qalması sizdən asılıdır”




Övlad Ulu Yaradanın insana ən böyük hədiyyəsidir. Övladın təbəssümü valideyn üçün ilahi xoşbəxtlik, kədəri isə..., bax, bu, insan dünyasının altının üstünə çevrildiyi məqamdır. Övlad amansız xəstəliyin girdabında qıvrıla-qıvrıla qalsın , valideyn isə ona maddiyyat baxımından kömək edə bilməsin - bundan dəhşətli an yoxdur.



Bakı şəhəri, Xətai rayon sakini Pərvanə Seyidova da övladının sağalması üçün çarpışır. İmkansızlıqdan çıxılmaz vəziyyətdə qalan Pərvanə ana 13 yaşlı qızı Nigarın üzərində təcili ağır ürək əməliyyatı üçün imkanlı şəxslərdən, mərhəmətli insanlardan yardım istəyir. Çarəsiz ana bildirir ki, 2007-ci il təvəllüdlü qızının ürəyində anadangəlmə dəlik var və bu qüsur onun orqanizmində ağır fəsadlar yaradıb. Əməliyyat olunmasa, Nigar həyatını itirə bilər. Valideynlər övladlarının ürək qüsurlu olmasından indiyə kimi xəbərsiz olublar. Nə uşaq dünyaya gələn zaman Doğum evində, nə də sonralar Nigar ürək ağrılarından şikayət etdikdə müayinələrdən keçərkən savadsız həkimlər belə bir qüsurun olduğunu bildirməyiblər. İki ay bundan əvvəl Nigarın ürək ağrıları şiddətlənəndə valideynləri onu yenidən müayinəyə aparıblar, həkimlər qızda anadangəlmə ürək dəliyinin olduğunu, orqanizmdə böyük fəsadlar yaratdığını və təcili əməliyyat olunmasını bildiriblər.

Pərvanə Seyidova bildirir ki, övladını xarici ölkələrin birində əməliyyat etdirmək istəyir: “13 il qabaq Doğum evində və başqa klinikalarda dəfələrlə müayinələrdən keçərdik. Nigarın ürəyindəki qüsur həkimlər tərəfindən bildirilmədi. Buna görə də artıq öz həkimlərimizə inamım qalmayıb. Övladımı Türkiyədəki, ya da Ukraynadakı xəstəxanaların birində əməliyyat etdirmək istəyirəm. Bunun üçün isə 20 min dollar maddi vəsait tələb olunur”.
Qeyd edək ki, Nigar Bakıdakı 98 saylı tam orta məktəbin şagirdidir. Gəlin bu qızımıza birlikdə dəstək olaq. Dəstək olaq ki, o, yenidən öz sinif yoldaşları ilə təhsilini davam etdirə bilsin, arzuları yarımçıq qalmasın! Nigar Seyidovanın adına Kapital Bankda bank hesabı açılıb. Üzümüzü mərhəmətli və xeyirxah insanlara tutub deyirik: "Nigarın həyatda qalması bizdən, sizdən asılıdır!"

Nigarın əməliyyatı üçün yardım etmək istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər:

(994 55) 335 65 66
(994 70) 838 62 48






Bakı sakini xəstə qızı üçün imkanları şəxslərə müraciət etdi:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu