51 yaşlı Göyçay sakini ölümlə üz-üzədir: ailəsi yardım istəyir


Göyçay rayon sakini Qurbanov Araz Niman oğlunun səhhətindəki ağır problem onun həyatına təhlükə yaradıb.


A.Qurbanovun ailə üzvlərinin AFN-ə verdiyi məlumata görə, onun ürəyi təcili əməliyyat olunmalıdır: "Araz Qurbanov 1960-cı il fevralın 26-da Göyçay rayonunun Qaraman kəndində anadan olub. 1987-cı ildə Bakı-Qazax yolunun Xanlar rayonu istiqamətində ağır yol qəzasına düşüb. 1994 və 1996-cı illərdə iki dəfə infarkt olub. 2010-cu ilin may ayında Bakı şəhərində yerləşən Neftçilər xəstəxanasında tanınmış ürək cərrahı Rəşad Mahmud tərəfindən açıq ürək əməliyyatı olunub. Dəfələrlə müxtəlif səviyyəli ürək tutmaları səbəbindən Göyçay mərkəzi rayon xəstəxanasına yerləşdirilib. 2021-ci ilin fevralında vəziyyəti ağırlaşıb, ürəyi dayanaraq kliniki ölüm keçirib. Hazırda durumu çox ağırdır, ürəyinə təcili olaraq aparat yerləşdirilməlidir.
Xəstənin əməliyyatının Respublika Diaqnostika Mərkəzində həyata keçirilməsi planlaşdırılır. Lakin lazımi qədər vəsait olmaması səbəbindən gecikir. Əməliyyat xərcləri ilə birlikdə əməliyyatın ümumi məbləği 11 min 400 manatdır. Bunun 6 min manatını icbari sığorta qarşılayır. 1500 manatını xəstə özü verir, yerdə qalan 3500 manat məbləğə ehtiyac var. Mərhəmətli, yardımsevər insanlarımızdan xahiş edirik, Arazın yaşaması üçün bizə dəstək olsunlar. Yaxın günlərdə təcili əməliyyata girməsə onu itirə bilərik. Bu günə qədər olan əməliyyatlarına, müalicələrinə hədsiz çox vəsait xərclənib, bütün imkanlarımız tükənib. Ümidimiz xalqımızın mərhəmətli oğullarınadır".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu