Vüqar Bayramov kredit borcu olanlar üçün güzəşt paketini şərh etdi




"Paket maliyyə bazarlarnda digər sektorları da əhatə edir".



Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın kredit borcu olanlar üçün təqdim etdiyi güzəşt paketindən danışarkən deyib:

"Azərbaycan Prezidentinin tapşırığı ilə Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimumlaşdırmaq üçün 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək. Tədbirlərə əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək kimi verilmiş ipoteka kreditləri fondun razılığı əsasında bu il sentyabr 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiq olunacaq. Fondun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimi verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi tapşırılıb".

"Əgər vətəndaşın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, o onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək"

Vüqar Bayramov əsas məqamlardan birinin kredit borcu olanlar ilə bağlı olduğunu qeyd edib: "Paketə görə, banklara kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması tövsiyə edilir. Bu o deməkdir ki, Mərkəzi Bank banklara kreditini ödəməkdə çətinlik çəkənlərə cərimə faizi və dəbbə pulu yazmamağı tövsiyə edib. Sənədə əsasən, bu il martın 1-i vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi). Yəni, əgər vətəndaşın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, o onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək.

Paket maliyyə bazarlarnda digər sektorları da əhatə edir. Etiraf etmək lazımdır, güzəşt paketi sistemlidir və pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdrımağa imkan verəcək".(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu