Koronavirus dərmanının sınağı uğursuz oldu, ölənlər var




Malyariya dərmanı olan klorokin difosfatın COVID-19-un müalicəsində təsiri araşdırılan klinik təcrübədə iki xəstə dərmanın yan təsirlərindən dünyasını dəyişib.

“Report” “Live Science”a istinadən xəbər verir ki, hadisə Braziliyanın Amazon ştatının Manaus Tropik Tibb İnstitutunda baş verib.

Məlumata görə, yüksək dozada verilən dərman nəticəsində təcrübə altında olan bəzi iştirakçıların ürəkdöyünməsində anormallıq müşahidə edildiyi halda 2 xəstə sərt ürəkdöyüntüsündən ölüb.

Qeyd edilir ki, yan təsirlərlə əlaqədar sınaqların aparılması planlaşdırılan 440 xəstə üzərində daha aşağı dozada dərmandan istifadə ediləcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 000 000-u ötüb. Bunların 484 781 nəfəri sağalıb, 126 776 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu