ABŞ vətəndaşı Azərbaycan məhkəməsində vəkili təhqir etdi




Amerika Birləşmiş Ştatlarının (ABŞ) vətəndaşı F.R.Conekl Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı vəkil Elnurə Zeynalovanı təhqir edib.

“Report”un məlumatına görə, hadisə aprelin 5-də hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə baş verib.

1989-cu il təvəllüdlü F.R.Conekl barəsində miqrasiya qanunvericiliyini pozmasi ilə əlaqədar inzibati işə baxılıb.

Prosesdə dövlət hesabına təyin edilmiş müdafiəçi - 11 saylı vəkil bürosunun vəkili Elnurə Zeynalova təqsirləndirilən şəxs tərəfindən təhqir edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 221-ci xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Vəkil Elnurə Zeynalova “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hələlik cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasa da, müvafiq araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu