Paraqvay prokuroru Ronaldinyonun həbsinə qərar verdi




Braziliya millisinin və İspaniya "Barselona"sının sabiq futbolçusu Ronaldinyo həbs oluna bilər.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, Paraqvay prokuroru saxta sənədlərlə ölkəyə girməkdə şübhəli bilinən 40 yaşlı sabiq yarımmüdafiəçinin həbsinə qərar verib.

Hazırda o qardaşı ilə birlikdə hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarəti altındadır. Ronaldinyo Paraqvaya uşaqlar üçün pulsuz bir sağlamlıq proqramı təqdim etmək üçün gedib. Daxili işlər nazirinin sözlərinə görə, prokuror keçmiş oyunçunun həbsini başa çatdırmalıdır.

Qeyd edək ki, Ronaldinyo karyerası ərzində Fransanın PSJ və İtaliyanın “Milan” kimi tanınmış klubların da formasını geyinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu