Həbs edilən icra başçısı ilə bağlı daha bir maraqlı məlumat - YENİ FAKTLAR




Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən rüşvət faktı ilə həbs edilən Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev haqda yeni məlumatlar yayılıb.



İ.Vəliyev hind və Qarabağ atları da saxlayırmış. Bildirilir ki, İ.Vəliyev hind atları, o cümlədən xüsusi olaraq 4 cins Qarabağ atını Neftçalaya gətirdibmiş.

İddialara görə, sabiq başçı at həvəskarı olub və cins heyvanlar gətirdib. Onları bir xanım bəsləyirmiş. Lakin Neftçalanın keçmiş şefinin tutulmasından sonra həm hind, həm Qarabağ atları başqasına verilib ki, saxlanılsın.

İ.Vəliyevin atların alınmasına və bəslənməsinə yaxşı pul xərclədiyi xəbər verilir. Keçmiş İH rəhbərinin eşşək fermasının olduğu, rayonun Xol kəndi ərazisində yerləşdiyi barədə də mediada xəbərlər tirajlanıb. Eşşək ferması Xol kəndi ərazisindədir. Onun 60 baş eşşəyi var imiş və yalnız südü satılırmış. Eşşəklər həm Neftçala, həm də digər rayonlardan alınıb.

Ümumiyyətlə, İ.Vəliyev bu rayonda böyük biznes şəbəkəsi qurubmuş. Hətta Neftçaladan Bakıya işləyən mikroavtobuslardan da xərac yığırmış. Mikroavtobusların sürücülərindən hər sərnişinə görə 1 manat alınırmış. Bütün pullar da başçıya gedirmiş. Əvvəllər həmin avtobuslar rayon avtovağzalından hərəkət edirdilər. Sonra icra başçısı özünə bazar tikdirib və marşrutları orada dayanmağa məcbur edib.

Rayondakı "Yurdum” restoranı da Vəliyevə məxsusdur. Bundan əlavə, rayon sakinlərinə məxsus 1000 hektarlarla torpaq sahələrini özəlləşdirib. Həmin ərazilərdə müxtəlif növ taxıl bitkiləri əkilir. Rayonun Qaramanlı kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodunu da Vəliyev özəlləşdirib.

Rayona xeyli sayda ağır texnikalar, yük maşınları, təsərrüfat sahələrində istifadə olunan traktorlar gətirərək, onları icarəyə verib. Hətta balıq ovlamaq üçün qayıqlar, su motorları və bu sahəyə aid müxtəlif avadanlıqları alaraq icarəyə verib.

Xatırladaq ki, Səbayel Rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Mənbə: "Yeni Müsavat"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu