Monqolustan prezidenti koronavirusa görə karantinə alındı




Monqolustan Prezidenti Xaltmaa Battulqa koronavirusla əlaqədar karantinə yerləşdirilib.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, Prezident Xaltmaa Battulqa ötən gecə Çindən səfərdən qayıdıb.

Ölkəsinə qayıdan dövlət başçısı karantinə alınıb.

O, ölkənin Xarici İşlər naziri ilə birgə 14 gün karantində olacaq.

Maraqlıdır ki, Monqolustan prezidentinin Çinə səfərində məqsəd koronavirusla bağlı mübarizə məsələlərini müzakirə etmək olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu