Paşinyan erməni əsgərlərin intiharını bazara bənzətdi




“Ermənistan Ordusunda dinc şəraitdə qeydə alınan hərbçi ölümlərinin səbəbi kriminal submədəniyyətin varlığı ola bilər”.

“Sputnik Ermənistan”ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan danışıb.

Paşinyan bu mövzuda çox düşündüyünü və ölüm hallarının səbəbləri ilə bağlı bir sıra versiyalarının olduğunu qeyd edib.

“Kriminal submədəniyyətə qarşı mübarizə mənim göstəriş verdiyim miqyasda aparılmadığı üçün iki məsul şəxs tutduqları vəzifədən azad edilib”, - deyə Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, ölüm hallarına hərbçilərin maaşlarının artması da səbəb ola bilər:

“Pul vəsaitinin həcmi artanda mübahisələr və “bazarlar” da güclənir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu