Virusa yoluxma zamanı nə edək? - Professordan koronavirusun müalicəsi barədə AÇIQLAMA




Mövsümlə əlaqədar yayılmış kəskin respirator viruslar zamanı müxtəlif dərmanlardan və antibiotiklərdən istifadə edilir.

Hazırda yayılmış viruslara qarşı bu preparat nə dərəcədə effektlidir?

AFN.AZ xəbər verir ki, məsələ ilə bağlı professor Adil Qeybulla “medicina.az”a açıqlama verib:

“Koronavirus ilə bağlı ümumiyyətlə konkret bir preparat yoxdur. Hətta vaksini belə yoxdur. Bu virus qripin daha kəskinləşmiş bir növüdür və əsasən heyvanlardan insanlara keçir.

Ümumdünya Səhiyyə Təşkilatı ona koronavirus (2019-nCoV) adını verib.

Bu virus tez müddətdə pnevmaniya və ağırlaşmaya gətirib çıxaran infeksiyadır. Hələlik "bu virusun çarəsi yoxdur" demək düzgün olar.
Sadəcə olaraq immun möhkəmləndirici tədbirlər: yataq rejimi, maye qəbulu və s. kimi ümumi tədbirlər görülür.

Soyuqdəymə zamanı konkret tədbirlər spesifik deyil. İmmun sistemini möhkəmləndirmək, temperaturu endirməklə qarşısını almaq olar.

Əgər müəyyən ağırlaşmalar müşahidə olunursa, həkimlər adətən parasetamol təyin edirlər. Parasetamol dünyanın hər yerində soyuqdəymə zamanı istifadə edilən əsas dərmandır.

Bununla yanaşı lazım olarsa, antibiotiklər də təyin olunur.

Tameflu, qriphot və s. bu kimi dərmanlar da parasetamolla yanaşı şəkildə istifadə edilə bilər”.

********************************************************************************

Domain almaq üçün vaxt itirərək güvənli şirkət axtarmağa ehtiyac yoxdur. Hostimul.com komandası olaraq Domain almaq üçün sizə hərtərəfli kömək olacağıq.
.COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
.INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?
.DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-azerbaycan/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu