Çindən gələn poçt bağlamalarında Koronavirus keçə bilərmi? – Həkimdən CAVAB
Çində yayılan yeni dəhşətli virus mutasiyaya uğrayır və hava-damcı yolu ilə insandan-insana keçir.
Bəs Çindən hərgün olunan minlərlə mal sifarişi, bağlamalarla virus bizə və bağlamanı alana keçə bilərmi?
Medicina.az xəbər verir ki, bu barədə rusiyalı həkimlər açıqlama verib.
Belə ki, hazırda 500 nəfərin koronavirusa yoluxduğunu bildirən Çin rəsmiləri virusun qaynaqlandığı əyaləti tam blokadaya alsa da, Çindən bütün dünyaya gediş-gəliş, eləcə də hər gün milyonlarla bağlama alış-veriş saytlarından digər ölkələrə çatdırılır.
Qorxunc virusun məişət əşyaları ilə ötürülməsi kimi narahatverici məqama rusiyalı infeksionist belə aydınlıq gətirib:
“ Bu virus çox dayanıqsız və az yoluxucu virusdur. Baxın, yarımmilyardlıq Çində cəmi 500 nəfərə yoluxub. Bu rəqəm Çin kimi ölkə üçün azdır. Adi qızılca virusu yayılanda 50 000 insan yoluxur. Bu virusda isə tək-tək yoluxma qeydə alınır.
Bu virusa yaxın TORS virusu oral-fekal yolla insana keçirdi. Bu virus əşya və plastik üzərində cəmi 2 sutka yaşayır. Ona görə Çindən günlərlə yol gələn bağlamalarda virusun yaşama şansı yoxdur. Amma yenə də virusun kəskin əlamətlər verdiyini nəzərə alıb, qorunma yolları barədə düşünmək lazımdır. Bağlamalardan isə yoluxma riski yoxdur”.
https://youtu.be/0mZAkFCqwSw