Namizəd Qarabağ qazisindən və seçicilərindən Prezidentə ŞOK MÜRACİƏT-VİDEO




60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd, Qarabağ qazisi Kamil Musəvi və dairə sakinləri Prezident İlham Əliyevə video müraciət ediblər.



AFN xəbər verir ki, müraciəti namizəd K.Musəvi özünün sosial şəbəkədəki hesabından paylaşıb. Bildirilir ki, dairə ərazisində yaşayan seçicilərə əvvəlki deputatın adamları, yerli icra orqanları hədə-qorxu gəlir, müxtəlif yollarla təzyiqlər edirlər.

Qeyd edək ki, namizədin görüşü zamanı insanlar danışarkən Seydan kənd məktəbinin direktoru, icra nümayəndəsi və bələdiyyə sədri müdaxilə etmək istəyirlər, lakin sakinlərin təzyiqi ilə üzləşirlər. Onu da bildirək ki, həmin dairəni parlamentdə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı təmsil edir.

Etirazlarla bağlı video müraciəti təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu